Milli Məclisdə gərgin müzakirələr gedir- JURNALİSTLƏR İCLAS ZALINDAN ÇIXARILIB

19.01.2017 - 16:06
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gərgin anlar yaşandı, hətta vəziyyət o  həddə çatdı ki, jurnalistlər iclas salonundan çıxarıldı.
 Gununsesi.info xəbər verir ki, komitəsinin iclasında millət vəkili Vahid Əhmədov bu gün Azərbaycanın üzləşdiyi iqtisadi vəziyyətdən çıxışı və normal biznes mühitinin yaradılması məqsədi ilə komitənin yaz sessiyasına Rəqabət Məcəlləsinin salınmasını  təklif etdi.
“Cənab prezidenti Strateji yol xəritəsini təsdiq edib və burada rəqabıt  məsələsi aydın göstərilir. 10 ildir biz bu qanunu qəbul edə bilmirik.  Hanıs ki, 2006-cı ildə cənab prezident tərəfindən Milli Məclisə təqdim edilib.  İndiyə qədər dəfələrlə məsələni qaldırsaq da. Hər dəfə bir bəhanə gətirilir ki,   sənəd üzərində iş gedir.  Bu nə qədər davam edəcək. Bu gün Azərbaycanda maraqlar baş alıb gedir. Yəni. Bu qanunu niyə qəbul etmirlər?! Onda belə çıxır ki, biz prezidentin  Strateji yol xəritəsini qəbul etmirik?! Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Növbəti  plenar iclasda bunu deyəcəyəm.  Çünki biz cəmiyyyət üçün lazım olan qanunları qəbul etmirik.  Kimlərinsə mənafeyini müdafiə etmək məcburtiyyətində qalırıq. Niyə görə?!  Strateji yol xəritəsi  prezident tərəfindən qəbul edildiyindən xahiş edirəm ki,  Rəqabət Məcəlləsi gündəliyə salınsın və  yaz sesisyı müddətində qəbul edilsin. Bundan əlavə olaraq “Mliyyə nəzarəti haqqında” qanun da gündəliyə salınıb qəbul edilsin”- deyə, millət vəkili vurğulayıb.
 V. Əhmədov  bildirdi ki, bu gün ölkədə bank sisteminin fəaliyyətinə bir baxın. “ Bank sisteminə nəzarət məqasədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bank sistemində vəziyyət necə idisə elə də qaldı. Nəsə dəyişdi?! Zamnında bu təşkilat yaradılanda mən  bu iclas salonunda dedim ki, buna ehtiyac yoxdur. Bu indiki şəraitdə Azərbaycana heç nə verən deyil. indi Mərkəzi Bankla MNBP arasında mübahisəli məsələlər  mövcuddur. Biz bank sistemini sağlamlaşdıra bilmirik. Bank sistemində ciddi problemlər yaranıb. Əgər biz Strateji yol xəritəsinin həyata keçməsini istəyiriksə,  o zaman bank sistemini bu yolla necə sağlamlaşdıracayıq?! Burada ciddi problemlər var. Ona görə də xahiş edirəm “Maliyyə nəzarəti haqqında” qanunun da qəbul edilməsi kimlərəsə sərf etmir. Müəyyən qurumlarda maliyyə maxinasiyaalrı olduğundan bu qanunun qəbulu onlara sərf etmir. Odur ki, bir daha xahiş edirəm  təklif etdiyim qanunlar gündəliyə salınsın və müzakirəyə çıxarılsın”- deyə, o, bildirib.
Rəqabət Məcəlləsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri Ziyad Səmədzadə    bildirdi ki, Milli Məclisə gəlməyən qanun layihəsini biz necə müzakirə edə bilərik?! “Amma buna bxamayaraq, Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı parlament rəhbərliyi, müvafiq dövlət qurumları ilə danışıqalr aaprmışam və onlar da bu məsələnin üzərində işləyir. Qanun daxil olan kimi müzakirə olunacaq”- deyə, komitə sədri vurğulayıb.
V. Əhmədov isə buna cavab olaarq bildiri ki,  bu gün ölkədə inhisarçılıq hökm sürür  və nə qədər bu inhisarçılıq aradan qalxmayıb heç bir Strateji yol xəritəsi öz effektini verməyəcək.
z.Səmədzadə V. Əhmədovun fikri ilə razı olduğunu dilə gətirərək bildirib ki, mən sizinlə tamamilə razıyam: “Ancaq  hər şey də Milli məclisdən asılı deyil. Parlamentə daxil olan qanun layihələri müzakirə edilir”.
V.Əhmədov dedid ki, axı, bu qanun layihəsi 10 il bundan əvvəl parlamentə daxil olub və iki oxunuşdan keçib və 3-cü oxunuşda qəbula qəbula imkan verilmədi və  gündəlikdən çıxarıldı.
 Millət vəkili Əli Məsimli də V.Əhmədovun təklifini dəstəkləyərək  Rəqabət Məcəlləsinin və “Maliyyə nəzarəti haqqında” qanunun  qəbulunun vacibliyini dilə gətirdi.
 Mürtəza

Short URL: http://www.cumhuriyyet.net/?p=85786

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728