Bakıda narkotik saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı
Nəsimi Rayon Məhkəməsində narkotik maddə saxlamaqda təqsirləndirilərək həbs olunan Bakı şəhər sakini Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Ağayevin cinayəti sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə, həmçinin istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul edib.
İttihama əsasən, V.Ağayev ötən il Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham sürülmüşdü.
Short URL: http://www.cumhuriyyet.net/?p=85810