Nazirlər Kabineti ləğv olunacaq? – Artur Rasizadənin son hesabatı

17.02.2017 - 11:19

?????????????????????????????????????????????????????????

Azərbaycan hökuməti adından baş nazir Artur Rasizadə mart ayında Milli Məclisə hesabat verəcək. Böyük ehtimalla bu A. Rasizadənin baş nazir kimi son hesabatı olacaq.

Cumhuriyyet.az  xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzeti yazıb. Qəzetin xəbərinə görə, mart ayında Artur Rasizadənin baş nazir kimi qalıb-qalmaması, ümumiyyətlə, Nazirlər Kabinetinin nin tərkibi ilə bağlı məsələlərə birdəfəlik aydınlıq gələcək: “Fevralın 26-da 83 yaşı olacaq Rasizadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir”.

Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, NK – nin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin. Belə olduğu halda Artur Rasizadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək. Bu həm də o demək olacaq ki, Artur müəllimin baş nazir vəzifəsindən azad edilməsi barədə prezident fərmanı olmaya bilər. İslahatlar dalğasında baş nazir vəzifəsi də, nəqliyyat naziri vəzifəsi kimi sıradan çıxacaq.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88488

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728