Azyaşlı Zəhranın minlərlə insanın iştirak etdiyi yeddi mərasim

12.07.2017 - 10:45

Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın yeddi mərasimi keçirilmişdir. Yas mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun bütün idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, sadə insanlar, o cümlədən müxtəlif rayon və şəhərlərindən olan insanlar, həmçinin respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi şəxsləri iştirak etmişdir. Dörd mindən artıq insanın iştirak etdiyi mərasimdə azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları başında yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

DİA.AZ xəbər verir ki, minlərlə insanın iştirak etdiyi yeddi mərasimdə Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndində dinc əhalini mütəmadi olaraq atəşə tutması, qadınları və azyaşlı uşaqları hədəf alması lənətlənmiş, düşmənin Alxanlıda törətdiyi hadisənin cavabsız qalmadığı vurğulanmışdır. Bildirilmişdir ki, Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisəyə ordumuz tərəfindən layiqli cavab verilmiş, Sahibə Quliyevanın və azyaşlı Zəhranın qisası alınmışdır. Qeyd olunmuşdur ki, Ermənistanın Alxanlıda dinc sakinləri, xüsusilə azyaşlı uşağı qanına qəltan etməsi bütün dünyaya çatdırılmış, düşmənin insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilmiş və qınanmışdır.

Alxanlı kənd sakinləri bir daha düşmənin bu cür hərəkətlərindən qorxmadıqlarını, öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=96359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31