Zakir Həsənov açılış etdi – FOTO

14.07.2017 - 00:48

Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir

Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatverilib.

İyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin açılışında iştirak edib.

Müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Yaradılan mərkəzdə qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onlar qısa müddətdə tam təmir olunacaq.

Döyüşün idarə edilməsi üçün müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96521

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31