Nabranda güllələndiyi deyilən polis rəisi: “Bakıda, iş başındayam”

29.07.2017 - 13:53

Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. “Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir”-mətbuat xidməti bildirib.

 

Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.

Bu arada yaralandığı haqda şaiyə yayılan polis rəisinin özü də redaksiyamıza zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. “Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır”-polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97440

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31