Yapon qonaqlar İsmayıllıda

23.08.2017 - 00:25

İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində yuxarı sinif şagirdi Suzuki Takeshi, bir universitet tələbəsi Umehara Taiga və müəllim İnaba Naoka İsmayıllı Rayon icra Hakimiyyətində qonaq olublar.
22 avqust 2017-ci il tarixdə yapon qonaqlar Rayon İcra Hakimiyyətində qarşılanıb.Görüşdə RİH başçısının birinci müavini Rövşən Ağayev, müavinlər Sevil Əhmədova, Mahmud Süleymanov, RTŞ-nin müdiri Rasim Orucov, Yaponiyaya getmiş İsmayıllının nümayəndə heyəti iştirak ediblər. RİHB-nin birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb və rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı rayonu İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq geniş əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində də davam etdirilir. Rövşən Ağayev qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, Yaponiyadan gəlmiş müəllim İnaba Naoka göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib, İsmayıllıda olduqlarından məmnunluğunu ifadə edib.
1saylı şəhər tam orta məktəbin nümayəndələrinin fəal iştirakı ilə yapon qonaqlar proqram üzrə yerlərə gedişlərinin davam etdirirlər.
İto şəhərinin nümayəndə heyəti Lahıc və Basqal qəsəbəsində, Cavanşir qalasında, “Xoşbəxt X” xalça müəssisəsində və başqa yerlərdə olublar.
Səfər 24 avqust 2017-ci il tarixdə Gündoğar ölkədən gələn qonaqların səfəri başa çatacaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=98463

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31