Bakıda heyvanlar anti-sanitar vəziyyətdə kəsilir – VİDEO

23.10.2017 - 10:51

Edilən bütün xəbərdarlıqlara baxmayaraq hələ də anti-sanitar vəziyyətdə heyvan kəsənlər var

Əməkdaşlarımız yol kənarında yerləşən kəsim məntəqələrindəki vəziyyəti lentə alıblar.

Qarın və bağırsaqlar yerə atılıb. Kəsilən heyvanın içalatı kanalizasiyanın yanında yuyulur

Kadrlar Bakının NZS adlanan qəsəbəsində çəkilib. Bura ilk baxışdan kəsim məntəqəsi kimi görünsə də əslində ətin satışı da həyata keçirilir. Heyvanın anti-sanitar vəziyyətdə kəsilməsi bir yana, satışı da düzgün həyata keçirilmir. Yol kənarında açıq vəziyyətdə asılan ətə, ətrafdan şütüyən avtomobillərdən toz hopur.

Bu qəsəbədə bir çox yerdə ət satışı həyata keçirilir. Çəkliş zamanı bir çoxunda eyni mənzərəni müşahidə etdik. Heyvanın başı və ayaqları da daxil olmaqla içalatı yerə atılır. Daha sonra isə elə yerdəcə təmizlənərək satışa çıxarılır.

Qəssab satıcıların başı ətin satışına o qədər qarışıb ki, vacib olanın heyvanın harda kəsilməsi yox, hansı şəraitdə kəsilməsi olduğunu unudublar.

İnsanlar heyvanın insanların gözü qabağında kəsilməsini düzgün hesab etmirlər. Onların sözlərinə görə, satış zamanı heyvanın cəmdəyi asıldığı təqdirdə onlarda heç bir şübhə yaranmır. Bu cür kəsim məntəqələində satılan əti isə mümkün qədər almırlar.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə qanun, yol kənarında, insanların gözü qarşısında heyvan kəsilməsini birmənalı şəkildə qadağan edir. İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə görə belə sahibkarları 200 manatdan, 300 manata qədər cərimə gözləyir. Heyvanın anti-sanitar vəziyyətdə kəsilməsi və satılması aşkar olunduqda sahibkara əlavə sanksiya tətbiq olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102155

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930