Dərsliklərinin qiymətləndirilməsi üçün ekspertlər axtarılır

23.10.2017 - 11:58

Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur

Trend-in məlumatına görə, dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Ekspert xidmətlər ibtidai təhsil səviyyəsinin “Azərbaycan dili” (tədris dili kimi), “Həyat bilgisi”, “Познание мира”, “Технология”, “Изобразительное искусство”, “Музыка”, “Русский язык” (tədris dili kimi), “Русский язык” (xarici dil), “Riyaziyyat”, “Математика”, “Информатика” dərslikləri üzrə tələb olunur.

Ümumi və tam orta təhsil səviyyəsinin “Русский язык” (tədris dili kimi), “Русский язык” (xarici dil), “Литература”, “Riyaziyyat”, “Математика”, “Информатика”, “История Азербайджана”, “Ümumi tarix”, “Всеобщая история”, “Həyat bilgisi”, “Познание мира”, “Физика”, “Химия”, “География”, “Biologiya”, “Биология”, ” Физическое воспитание”, “Технология”, “Изобразительное искусство”, “Музыка”, “Допризывная подготовка” dərslikləri üzrə tələb edilir.

Namizədlər oktyabrın 31-dək aynure.hesenova@edu.gov.az elektron poçtuna elektron qaydada müraciət edə bilərlər.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102170

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930