“Qarabağ” əsasnaməni pozub? – Açıqlama

14.11.2017 - 13:26

“Qarabağ” Topaz Premyer Liqasının 12-ci turunda “Sumqayıt”la qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu “Gənclik şəhəri” təmsilçisini Bakı Olimpiya Stadionunda qəbul edəcək. 

Bununla da “Qarabağ” mövsüm ərzində doğma arena kimi üçüncü stadionda oynayacaq. Buna kimi “Azərsun Arena”, Tofiq Bəhramov adına Respublika stadionu “Qarabağ”ın oyunlarına ev sahibliyi edib.

Bəs, mövsüm ərzində 3 stadiondan doğma meydan kimi istifadə etmək PFL-in əsasnaməsini pozurmu?Bununla bağlı PFL-in Texniki İdman departamentinin rəisi Zamiq Hüseynova müraciət etdik. O, saytımıza açıqlamasında bu bəndin əsasnamədən 3 il öncə çıxarıldığını bildirdi: “Əvvəllər əsasnamədə belə bir bənd var idi.

Amma 3 il öncə klubların stadionla bağlı problemlərinin ortaya çıxdığını görüb onu ləğv etdik. İndi bir klub AFFA və PFL tərəfindən qəbul edilən istənilən stadionda oynaya bilər. Bunun üçün heç bir məhdudiyyət yoxdur. Bir komanda ev oyunlarını 6 stadionda da keçirmək ixtiyarına sahibdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104357

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930