“Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılır – Qaradağda

20.11.2017 - 22:25

17 noyabr 2017-ci il tarixində Bakı şəhəri Qaradağ Rayonunun İcra Hakimiyyəti ilə Çin Xalq Respublikası Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında Saziş imzaland

Bakı şəhəri Qaradağ Rayonunun Ələt qəsəbəsində 1000 ha ərazidə, ümumi dəyəri ilkin olaraq 2 (iki) milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong Saziş imzaladılar.
Sazişə əsasən “Tərəflər” Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi,  müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, Logistika Mərkəzlərinin və xidmət sahələrinin yaradılması, “Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə “Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunmuşdur.
Nəzərdə tutulan layihənin icra müddəti 4 (dörd) illik dövrü əhatə edir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi və növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bu saziş üzrə layihənin icra müddəti tam başa çatdıqdan sonra minlərlə yeni iş yerlərinin açılması, ölkəmizin iqtisadi və ixrac potensialının gücləndirilməsinə və “Made in Azerbaijan” brendinin dünya bazarlarına inteqrasiya olunmasna geniş zəmin yaradacaqdır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930