10 günə 32 nəfər öldü – Ölkədə “yol terroru” davam edir

13.12.2017 - 16:46

Azərbaycanda yol terroru can almaqda davam edir. İlin son ayında baş verən qəzalarda ölən və yaralananların statiskası narahatlıq üçün əsas verir.

“Qafqazinfo” dekabr ayının ilk 10 günündə qəzaların qurbanı olanların sayını araşdırıb. Rəsmi məlumatlardan ortaya çıxna nəticə budur ki, bu günlər ərzində 94 nəfər qəzaya düşüb.

Onlardan 32 nəfəri vəfat edib, 62 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həyatı bitənlərin 15 nəfəri piyada olub, 17 nəfər isə avtomobillərin toqquşmasının qurbanı olub.

Ən dəhşətli hadisə dekabrın 5-də baş verib. Bir gün ərzində 9 nəfər dünyasını dəyişib. Həmin gün qəzaya düşənlərdən yaralanaraq canını sağ qurtaran olmayıb. Dekabrın 9-da və 19-da hər gün 5 nəfər vəfat edib. Bu iki gün ərzində 17 nəfər xəsarət alıb.

Ən çox xəsarət alanların qeydə alınması isə dekabrın 7-dəki qəzalarda olub. Həmin gün 8 qəzada 14 nəfər yaralanıb, 5 nəfər ölüb.

Bu statistik aralıqdan bir gün öncə də yol terroru 4 can alıb. Noyabrın 30-dakı 5 qəzada həmçinin 7 nəfər xəsarət alıb.

Bu 10 gün üçün açıqlananlar sadəcə rəqəm olsa da, reallıqda 50-dən çox ailənin faciəsidir. Lakin bu “qətl”lərin ən ilkin səbəbləri, günə təxminən 10 nəfərin qurban olmasının qarşısını kimin alacağı, “təhlükənin qarşısını almaq üçün mümkün tədbirlər görməyən” sürücülərdən başqa kimlərin məsuliyyət daşımalı olduğu bəlli deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107259

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930