Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir – FOTOLAR

15.12.2017 - 14:03

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir.

Cumhuriyyet.net-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.

İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107417

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930