İcra başçısı Bakıda zeytun bağını məhv etdirir – FOTOLAR

15.12.2017 - 14:12

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsini məhv etdirərək, ərazidə tikinti işlərinə başlayıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə tendensiya.com-a ətrafda yaşayan sakinlər məlumat veriblər. Hadisə yerinə yollanan Tendensiya.com-un əməkdaşı xəbər verir ki, zeytun bağının bir hissəsi icra hakimyyəti tərəfdən məhv edilib. Məhv edilən agacların yeri isə daş hasara alınıb. Hazırda ərazidə ağır texnika işləyir və böyük bir tikili üçün fundament qazılır.

Ətrafda yaşayan sakinlərin etirazlarına baxmayaraq, Xaləddin İsgəndərov Binəqədi polisini əraziyə cəlb edərək, zeytun bağının bir hissəsində tikinti işlərini intensivləşdirib. Sakinlər Binəqədi rayon icra başçısı ilə yanaşı başqa məmurların da zeytun bağının ərazisinin məhv edilməsində maraqlı olduğunu bildirirlər.

Xatırladaq ki, zeytun bağının hazırda məhv edilməkdə olan hissəsi Heydər məscidinin yaxınlığında yerləşir.

Bu arada xüsusi ilə onu da qeyd etmək lazımdır ki, vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması ilə Xaləddin İsgəndərov üçün geri sayım başlayıb. Görünür, vəzifəsindən hər an azad olunacağını düşünən Xaləddin İsgəndərov icra başçısı kimi son həmlələrini edərək, zeytun bağını məhv etdirir…

İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
İcra başçısı Bakıda zeytun bağını məhv etdirir -
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107428

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930