Füzulidə yeni yaşıllıq zolaqları salınır-FOTO

16.02.2018 - 11:02

Füzuli rayonunda ekoloji tarazlığın qorunması, floranın daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə Horadiz-Bakı magistral avtomobil yolunun kənarlarına qoz tinglərinin əkilməsinə başlanmışdır. Artıq bu məqsədlə Zaqatala rayonundan 1500 ədəd qoz tingi gətirilərək magistral avtomobil yolunun kənarında əkilmişdir. Əkilən qoz tinglərinə aqro-texniki qaydada qulluq edilir, onların qorunub saxlanılması, suvarılması nəzarətdə saxlanılır.

Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində Heydər  Əliyev  Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilmişdir.

Ümumiyyətlə son yeddi il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, 80000 minə yaxın çəkil ağacı, 100000 mindən çox qızıl gül və minlərlə müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.

Füzulililər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinini daim diqqət mərkəzində saxlayırlar.

Rayonda təbiətin ağ ciyərləri hesab olunan yaşıllıq zolaqlarının genişləndirilməsi, park və xiyabanların salınması, yeni ağac və gül kollarının əkilməsi işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113088

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930