Azərbaycanın xarici borcu niyə 4 milyard artıb? (SƏBƏB)

17.02.2018 - 15:46
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun illik müqayisədə dörd milyard manat artmasının səbəbini açıqlayıb.
Cumhuriyyet.net  xəbər verir ki, “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib.
Onun sözlərinə görə, həmin plana uyğun olaraq “Beynəlxalq Bank”ın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb ki, bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib-çıxarıb.
“Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən mətbuata geniş məlumatlar verilib.
Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması, ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cür yozulması təəccüblüdür və başadüşülən deyil”, – deyə nazirlik rəsmisi vurğulayıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930