Hüseyn Abdullayevin istintaqda adını “satdığı” AXCP üzvü azadlıqda…

22.05.2018 - 23:46

Mayın 9-da həbs edilən AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidov azadlığa buraxılıb. Musavat.com xəbər verir ki, mayın 22-də axşam saatlarında Nərimanov rayon məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Mirfeyzulla Seyidov hazırda öz evindədir. Bu barədə onun vəkil Cavad Cavadov məlumat verib.
Qeyd edək ki, Mirfeyzulla Seyidov barəsində mayın 10-da Nərimanov Rayon Məhkəməsi 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. AXCP üzvü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.
O, səhhətinin ağır olması ilə əlaqədar azadlığa buraxılıb. Həbs edildiyi ilk gündən M.Seyidovun bir ay öncə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən “Quska” ləqəbli biznesmen, keçmiş deputat Hüseyn Abdullayevin ifadəsi əsasında barəsində cinayət işi açıldığı iddiaları səslənir. Hətta “Quska”nın istintaqda onun ölkədən kənardan AXCP lideri Əli Kərimliyə gələn maliyyə vəsaitlərinə nəzarət etdiyini bildirdiyi deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930