İsmayıllıda “Xüsusi təyinatlı” filminin İsmayıllıda təqdimatı olub-FOTO

06.06.2018 - 20:12

Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasovun doğum məkanı Qərbi Azərbaycan, sonrakı yaşayış yeri, orta və ali təhsil aldığı ölkə Qazaxıstan, şəhidlik məqamına yetdiyi torpaq Azərbaycan torpağı olub.

6 iyun 2018-ci il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş”  studiyasının Milli Qəhrəman Mehdi Abbasova həsr olunmuş “Xüsusi təyinatlı” filminin təqdimatı olub. Təqdimatdan əvvəl “Şəhidlər xiyabanı” ziarət edilib.

Gənclərin mütəşəkkilliklə iştirak etdiyi təqdimat mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanova çıxış edib, filmin çəkilişi, “Yaddaş” silsiləsindən bundan sonra çəkiləcək filmlər barədə danışıb, təqdimat üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

“Xüsusi təyinatlı” filmi nümayiş etdirilib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək bu mövzulu filmlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığından, şəhidlərin xatirəsinin yaddaşlarda daha da möhkəmlənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına, xalqın mübarizlik ruhunun daha da artmasına xidmət etdiyindən danışıb. Filmi çəkənlərə, təqdim edənlərə rayon rəhbərliyinin təşəkkürünü çatdırıb.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120082

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930