Afaq Bəşirqızı Akademik Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək

02.05.2019 - 14:19

Milyonların sevimli gülüş ustası, “Şöhrət” ordenli  Xalq artisti Afaq Bəşirqızı  tamaşaçıların xahişi ilə 5 və 25 may tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bankir adaxlı” (E.Sabitoğlu və T.Vəliyeva) və “Toya bir gün qalmış” (Ə.Səmədli) iki hissəli komediyaları ilə çoxsaylı pərəstişkarlarının görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Qeyd edək ki, hər iki əsərin süjet xəttini qəh-qəhə dolu gözlənilməz hadisələrlə  zəngin olan  bir-birindən maraqlı situasiyalar təşkil edir.

“Bankir adaxlı” tamaşasının quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,  xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşov, “Toya bir gün qalmış” tamaşasının  quruluşçu-rejissoru isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, rejissor assistenti Tamilla Aslanovadır. Hər iki tamaşanın quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir  və Yelena Ağayevalardır.

Tamaşalarda Afaq Bəşirqızı ilə yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Qartal, Ələkbər Əliyev, Çingiz Əhmədov, aktyorlar – Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Hüseyn və Gültac Əlililər, Gülçöhrə Abdullayeva , Gülnarə Əzizova, Ağaxan Şərifov,  Ruslan Mürsəlov,  Fərid Rzayev da iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127974

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930