Türkiyənin məşhur seriallarının qəhrəmanları Akademik Musiqili Teatrda – Foto

02.07.2019 - 08:58

Bir çox ölkələrdə kifayət qədər populyarlıq qazanan Türkiyənin məşhur seriallarının qəhrəmanları – “Savaşçı”nın “Komutan”ı Murat Serezli  və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın  “Mürsel Kara”sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar.

Cumhuriyyet.net xəbər verir ki, rejissor Kənan Mahmudovun bələdçiliyi ilə  teatra gələn qonaqları qurumun direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Türkiyəli sənətkarlar Akademik Musiqili Teatrın yaranma tarixi, inzibati binası, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud vəziyyəti ilə yaxından tanış olublar.

Onlar həmçinin Teatrın möhtəşəm səhnəsində  gənc rejissor Elməddin Dadaşovun quruluşunda təqdim olunan “Buratino” (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov)  tamaşasına  da  baxıblar.  Səhnə əsərinin budəfəki nümayişinin xüsusi olaraq fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulduğu qonaqların diqqətinə çatdırılıb.

Tamaşanı heyranlıqla izləyən və növbəti səfərlərində də mütləq Akademik Musiqili Teatra gəlmək niyyətlərinin olduğunu vurğulayan məşhurlar teatrın belə sosial layihələrdə iştirakını rəğbətlə qarşılayıblar…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129066

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930