Müsavatda nələr baş verir-partiya beş il öncəki taleyi yaşayır

10.08.2019 - 17:48

Tural Abbaslı: “Bu partiya özünün uğur qatarını qaçırdı”

Müsavat Partiyası çətin günlərini yaşamaqdadır. Qurumun daxilində yeni gərginlik ocaqları yaranıb. Partiyanın qurultayına hazırlıqlar gedir və belə bir vaxtda Divan üzvü Yadigar Sadıqlının başqanlığa namizəd olacağını bəyan etməsi ciddi qarşıdurmalara yol açıb.

Onun yazdığı hər bir status qalmaqal yaradır. Hazırkı başqan Arif Hacılının tərəfdarları ona qarşı “səlib yürüşü” edir, rəylərdə ən sərt formada mövqelər sərgiləyirlər. Y.Sadıqlının da tərəfdarları proseslərdən kənarda qalmırlar. Bir sözlə Müsavat daxilində yaranan ikitirəliyin qurultaya doğru keçən hər gün, eləcə də, ondan sonra partiyaya ciddi təhlükələr vəd etdiyi açıq şəkildə görünür. Bütün bunlar da haqlı olaraq, partiyanın 5 il öncə keçirdiyi qurultaydan sonra yaşadıqlarını bir daha gündəmə gətirir, belə bir halı yenidən yaşaya biləcəyi ehtimallarını artırır.

Məlumat üçün bildirək ki, beş il öncənin bu vaxtları Müsavat indiki kimi daxildən çalxalanır, başqanlığa namizədlər arasında ciddi rəqabət, gərginlik yaşanırdı. Məhz bunun nəticəsində o zaman qurultaydan sonra partiyada parçalanmalar baş verdi.

Müsavat ətrafında gedən müzakirələrdə keçmiş başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin də adı keçir. Onun başqanlığa namizəd olub-olmayacağı müzakirələr sırasındadır.

Tural Abbaslı ile ilgili görsel sonucu

2014-cü ildəki qurultayda Müsavat başqanlığına namizəd olan, AĞ Partiya sədri Tural Abbaslı keçmiş partiyasının durumundan təəssüflənir: “Təəssüflə qeyd etməliyik ki, Müsavat Partiyası bu gün özünün heç də ən xoş günlərini yaşamır. 100 ildən artıq tarixə malik olan, babalarımızdan xalqa miras qalmış bir partiyanın adı mühacir alverində, üzvlük bileti satışında və bu kimi neqativ, utancverici hallarda sadalanır. Bu istənilən halda qətiyyən xoş mənzərə deyil. Bütün bu olanların fonunda hələ rəhbərlikdə təmsil olunan insanların arasında sağlam rəqabətə heç də dəxli olmayan və hətta bəzən çayxana söhbətləri səviyyəsində polemikaların, didişmələrin, təhqirlərin şahidi oluruq. Əminəm ki, növbəti qurultay yaxınlaşdıqca bu hallar intensivləşən xətt üzrə davam edəcək və daha da acınacaqlı formaya keçəcək. Mən deməzdim ki, baş verən hadisələr yalnız qurultay rəqabətinə və seçkilərinə hesablanmış hadisələrdir. Burada daha çox mənfi, hətta düşmən vəziyyətinə gətirilmiş şəxsi münasibətlərin təzahürüdür.Təəssüf ki, bir çox hallarda şəxsi münasibətlər və siyasi rəqabət qarışdırılır və nəticədə belə xoşagəlməz vəziyyət yaranır. Əgər partiyadaxili bu münasibətlər və yanaşma sistemi dəyişməyəcəksə, Müsavatın gələcəyini heç də parlaq görmürəm. Əminliklə deyə bilərəm ki, bu günkü vəziyyət mənim Müsavat başqanlığına namizəd olduğum qurultay ərəfəsindən daha gərgin və daha ağırdır. Çünki, o zaman partiya daxilində bir siyasi qrupun bu qədər hegemonluğu və avtoritarlığı mövcud deyildi. Fərqli qruplar vardı və bu qruplar daxili idarəetmədə demokratiyanın varlığını nisbətən təmin edirdi. Ancaq o qurultaydan sonra hamının gözü önündə baş verən hadisələr və əsasən də Arif Hacılının bir başqan kimi uğursuz idarəçiliyi Müsavatı zəiflətməklə yanaşı, partiyadaxili demokratik mühiti də tamamilə məhv etdi. Orada bu gün daha çox “mənim kimi düşünməyən məndən deyil” siyasəti və prinsipi əsasında idarəçilik mövcuddur. Odur ki, bu gün rəqiblərə düşmən kimi davranılır. Əslində son qurultayda belə münasibətlərin təməli atılırdı və biz sona qədər bununla mübariz aparmağa çalışdıq. Ancaq, sonda bunun mənasız olduğunu anladıq və sakit şəkildə 16 il üzvü olduğumuz partiyanı tərk etdik”.

T.Abbaslı fikirlərinə bu cür davam etdi: “Maraqlısı orasıdır ki, bu gün partiyadaxili demokratiyanın yoxluğundan şikayət edənlər, zamanında rəhbərliyə müxalif olan bizləri, hətta linç etməyə belə hazır olanların özləri bu gün əzilir və haqsızlığa məruz qalırlar. Yəqin ki, burada haradasa ilahi ədaləti xatırlamaq da olar. Ancaq, bir daha qeyd edirəm, bu günkü Arif Hacılı idarəetməsini nə qədərdə bəyənməsəm, Müsavat üçün ziyanlı hesab etsəm də başqanlığa iki iddialı arasında yenə Arif Hacılını daha uğurlu hesab edirəm. İsa Qəmbər proseslərdən kənarda görünə bilər, ancaq, bu belə deyil və heç zaman da belə olmayıb. İsa Qəmbərin partiyadaxili proseslərə həlledici təsir imkanları hər zaman olub, bu gün də var. Zatən bu günkü rəhbərlik onun daxili nüfuzuna söykənməsəydi, bu qədər başda qala bilməzdi. Bunu Müsavatda hər kəs bilir. İsa bəyi tanıyan hər kəs bilir ki, o indiki halda başqanlığa geri qayıtmaz. Həm hazırda onun sağlamlıq durumu buna imkan vermir, həm də o belə bir hərəkətlə Arif Hacılını pis durumda qoymaq istəməz. Mən hətta İsa Qəmbərin geri qayıdacağı təqdirdə Müsavatda nələrinsə köklü şəkildə düzələcəyinə və onun əvvəlki gücünə qovuşacağına inanmıram. Çox acı təəssüf hissi ilə deməliyəm ki, bu partiya özünün uğur qatarını qaçırdı. Bundan sonra Müsavatın düşəcəyi ağır durumu görməmək üçün bəlkə də İsa bəy üçün ən gözəl yer ailəsi, nəvəsi ilə birlikdə birdəfəlik istirahətə çəkilməkdir”. (Yeni Müsavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131968

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930