QUSARDA CAMAATA SU ƏVƏZİNƏ PALÇIQ VERİRLƏR! – Şikayət + VİDEO

10.08.2019 - 18:07

“Artıq 10-12 gündür Qusar rayonunda evlərə demək olar ki, su verilmir. Əvvəllər gündə 2 saat su verilirdisə, indi iki gündən bir yarım saat verilərək, kəsilir.”

Bu fikirlər bir qrup Qusar rayon sakininin “AzPolitika.info”ya göndərdiyi şikayətdə yer alb.

Sakinlərin sözlərinə görə, rayona verilən su Qusar çayının suyuna qarışdırıldığından keyfiyyəti də həddən artıq aşağıdır: “Qusar çayına hazırda Laza kəndi yaxınlığında püskürən vulkanın lavası qarışıb. Ona görə də, içdiyimiz suyun hansı keyfiyyətdə, mənşəyinin nə oduğunu belə bilmirik.”

Rayon sakinləri aidiyyatı dövlət qurumlarına şikayətlərinə də baxılmadığını bildirirlər: “Dəfələrlə “Azərsu” ASC-nin yerli idarəsinə şikayət etmişik. İdarənin rəhbəri bildirib ki, mənlik deyil. Hətta dedi ki, “mən özüm də aciz qalmışam”.

İcra Hakimiyyəti isə bu məsələ ilə ümumiyyətlə maraqlanmır. İcra Hakimiyyətinin Aparatında şikayətimizi sonadək dinləmədilər. Dedilər ki, onların su idarələri üzərində səlahiyyətləri yoxdur. Buna görə də, nə isə tələb edə, tapşırıq verə bilmirlər. “Su idarəsi “Azərsu” ASC-nin tabeliyindədir, gedin şikayətinizi onlara edin” –deyib bizi yola saldılar.”

Ona görə də “AzPolitika.info” saytına müraciət etdik ki, səsimizi “Azərsu” ASC-nin rəhbərliyinə çatdırasınız. Qusar camaatı susuz qalıb, kömək edin!”

Qeyd edək ki, sakinlərin şikayəti ilə bağlı “Azərsu” ASC-nin mövqeyini öyrənməyə çalışsaq da, iş günü olmadığından telefonlara cavab verən olmadı.

Sakinlərin çəkdiyi və iki gündən bir evlərə verilən suyun hansı vəziyyətdə olduğunu göstərən videonu isə təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930