Fəzail İbrahimli seçki təbliğatını uğurla başa çatdırır

07.02.2020 - 15:52

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli təbliğat təşviqat prosesini uğurla başa çatdırır. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə Fəzail İbrahimli qəhrəmanın doğma kəndi Əliabadda olmuşdur. Seçki təbliğatının son günündə Fəzail bəy həmçinin Cəlilabad rayonu Ağdaş kəndində əhali ilə görüş keçirib. Fəzail İbrahimli bu kənddə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Xəlilov Tarverdi Məmmədxan oğlunun ailəsini ziyarət edib. Daha sonra Fəzail bəy bu kənddə seçicilərlə görüşüb, onların qarşısinda öz platformasını geniş formada izah edərək seçiləcəyi halda rayonun problemlərinin həlli üçün əlindən gələni edəcəyini və ləyaqətli bir millət vəkili olacağına söz verib. Daha sonra Fəzail İbrahimli Masallı stansiyasında çoxsaylı seçicilərlə görüşmüşdür. Görüşdə seçicilər 9 fevralda F.İbrahimliyə səs verəcəklərini yekdilliklə bildirmişlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142666

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930