Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
Virtualaz.org xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılıb.
“ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tapşırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=142819