Səfər Əbiyev Moskvada: Sabiq nazir Azərbaycana niyə qayıtmır?

05.07.2020 - 23:30

Moderator.az-ın əməkdaşı son zamanlar səs-sorağı gəlməyən keçmiş müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamaq istəyib. Adətən başqa vaxtlar səssizliyiə çəkilməyə üstünlük versə də 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində hansısa formada zühur edər, yaxud onun adından yaxın ətrafı və ya dostları Səfər Əbiyev haqqında sükuta bu yolla son qoyardı. Amma bu dəfəki ildönümdə ölü səssizliyin hökm sürməsi diqqəti cəlb etdi. Bu üzdən onunla hansısa formada əlaqə saxlamaq və ya ümumiyyətlə harada olması haqqında informasiya əldə etməyə çalşdıq.
Və.. Bəlli oldu ki, keçmiş müdafiə nazirimiz xeyli müddətdir ki, Vətəndən iraq düşüb. Yox, elə zənn edilməsin ki, o da mühacirətə üz tutub. Əsla. Məsələ burasındadır ki, pandemiyadan əvvəl şəxsi işi ilə bağlı Moskvaya gedən Səfər Əbiyev bu günədək ölkəyə dönə bilmir, yaxud ümumiyyətlə təhlükəsizlik məqsədilə özü dönməyə tələsmir.
Nə deyirik ki. Əsas odur ki, keçmiş nazirimiz sağ və salamatdır, işləri qaydasındadır. İnşallah tezliklə bu bəla bitər və o canından artıq sevdiyi və nazir olduğu 20 il ərzində ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyən Səfər Əbiyev Azərbaycanımıza qovuşar. Bizlərə İnşallah demək qalır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149399

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930