Azərbaycanın çökən AVTOMOBİL BAZARI: “Alverçilər qiyməti istədikləri kimi “tənzimləyirlər”

06.08.2020 - 16:23

“Pandemiyadan sonra avtomobil bazarının özünə gəlməsi üçün təqribən 1 il vaxt tələb olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dövründə tətbiq edilmiş məhdudiyyətlərin ölkənin avtomobil bazarına təsirlərini dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Elməddin Muradlı qeyd edib ki, pandemiya dövründə ölkənin avtomobil bazarının üzləşdiyi ziyanın aradan qaldırılması qısa müddətdə mümkün olmayacaq:

“Pandemiya dövrü bütün sahələr kimi, avtomobil sektoruna da təsirsiz ötüşməyib. Bu təsir istehsalat prosesindən satış prosesinə qədər bütün mərhələləri əhatə edir. Açıqlanana statistikaya əsasən, hazırda dünyanın avtomobil bazarı 50 faiz civarında çöküb.

Pandemiya dövrünün Azərbaycan avtomobil bazarına təsiri daha çox olub. Çünki ölkəmizdə 2015-2017-ci illərdə gömrük və vergi rüsumları artırılıb. Bu isət avtomobillərin daha da bahalaşmasına yol açıb.

Bu baxımdan, çalışmaq lazımdır ki, ölkədə avtomobillərin gömrük rüsumları ən azı 2017-ci il səviyyəsinə qaytarılsın. Avtomobil bazarının özünə gəlməsi üçün bu addımın atılması vacibdir”.

Ekspert bildirib ki, pandemiya dövrü “ikinci əl” və yeni avtomobillərin qiymətinin nisbətən ucuzlaşmasına səbəb olub:

“İlin əvvəlindən başlayan pandemiya əksər yeni avtomobillərin 8-10 min manat civarında ucuzlaşmasına təsir edib. Yəni əvvəl 85 min manata satılan avtomobili bu gün 75-78 min manata almaq mümkündür.

İmkanı olan şəxslər üçün bu gün avtomobil almaq daha sərfəlidir. Pandemiyadan sonrakı dövrdə vəziyyətin necə olacağı isə sual altındadır. Çünki Azərbaycanda avtomobil bazarı alverçilərin əlindədir. Bu alverçilər qiyməti öz istəklərinə uyğun “tənzimləyirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151814

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930