Məktəbli formaları neçəyədir? – BTE-dən açıqlama

13.08.2020 - 12:41

Hazırda məktəbli formaları köhnə qiymətlərlə satılır. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır.

Bunu Axar.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Etibar Əzimov hazırda tikiş evinin məhsullarının köhnə qiymətlərlə satılmasının səbəblərindən də danışıb:

“Ötən ildən məktəbli formalarımız qalıb. Yeni məktəbli formalarının tikilişi üçün də kifayət qədər parçamız var. Hələ ki, yeni qiymətlər müəyyənləşdirilməyib. Çünki məktəblərin açılıb-açılmayacağı bilinmir. Bununla bağlı rəsmi qərar da yoxdur. Ona görə də məktəbli formalarını hələ ki, köhnə qiymətlərlə satırıq. Bu il nə qədər məktəbli formasının hazırlanacağı da məlum deyil. Ona görə ki, hazırda bizim bütün mağazalarımızda məktəbli formaları var. Bəzi mağazalarımız açılıb, bəzi mağazalarımız isə molların tərkibində olduğu üçün gözləyir. Hazırda fabrikin tərkibində olan 5 mağaza işləyir. İndiki məqamda əsasən alıcılarımız liseylər və aşağı siniflərdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152161

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930