Türkiyə xəstəxanasından Əli Həsənovla bağlı daha bir açıqlama

12.09.2020 - 10:32
Xəbər verdiyimiz kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənov Türkiyənin “Siyami Ersek” ürək-damar xəstəlikləri xəstəxanasında müalicə və müayinə aldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, demokrat.az məsələ ilə bağlı informasiya əldə etmək üçün “Siyami Ersek” ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlayıb.
Tibb ocağından sayta bildirilib ki, sözügedən xəstəxanada Əli Həsənov adlı şəxs olmayıb. O da deyildi ki, xəstəxanada ciddi rejimdə müalicə alan pasiyentlər qeydiyyata düşür. Lakin Əli Həsənov adında kimsə pasiyent kimi nə xəstəxanaya müraciət edib və nə də həmin xəstəxanada qeydiyyata düşüb.
Xatırladaq ki, Ə.Həsənov avqustun sonlarında adıçəkilən xəstəxanada müayinə və müalicə aldığını mətbuata açıqlamışdı. O, Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamana ehtiyac olduğunu bildirmişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930