Bakının bina tikintisi problemi yenə gündəmdə

02.10.2020 - 10:31

Deputat deyir ki, tikinti yenə normativlərə əməl olunmadan həyata keçirilir

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Bakı şəhərində aparılan tikintilərdən narazılığını bildirib. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən xanım deputat gecə saatlarında bəzi tikinti şirkətlərinin yeni binalarda iş apardığını və bunun da insanları narahat etdiyini vurğulayıb.

M.İbrahimqızı eyni zamanda Nəsimidə yeni tikilən binaların bir-birinə çox yaxın inşa olunmasından narazılığını bildirib: “Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi Rayon İcra Hakimiyyətinə və Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

Qeyd edək ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində tikintilərin qanunvericiliyə uyğun olmayan formada aparılması ölkə rəhbərliyinin kəskin narazılığına səbəb olub. 2018-ci ilin ortalarından etibarən ölkə rəhbərliyi tərəfindən tikinti qaydalarına nəzarət bütünlüklə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə komitə tərəfindən tikinti qaydalarına riayət olunması sahəsində nəzarət gücləndirilib.

Məlahət İbrahimqızı: “Parlamentin binasına yaxınlaşmaq belə əlçatmaz idi” -  modern.az

Məlahət İbrahimqızı

Ondan sonra Bakı şəhərində tikintilərin mövcud norma və standartlara uyğun həyata keçirilməsi təmin olunub, bu norma və standartlara uyğun olmayan tikintilər dayandırılıb. Eyni zamanda rüşvət və korrupsiya yolu ilə belə tikintilərin həyata keçirilməsi praktikasına son qoyulub. Tikintiyə icazələrin verilməsi sistemi sadələşdirilib, bu sahədə elektronlaşmaya keçilib, mövcud korrupsiya imkanları ləğv edilib.

Bakının yeni icra başçısı Eldar Əzizov kimdir? - BBC News Azərbaycanca

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən prezident İlham Əliyev bir daha Bakı şəhərində tikintilərin nizamsız aparılmasının yolverilməz olduğunu qeyd edib: “Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsus ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin”.

Ramil Osmanlı sədr seçildi

Ramil Osmanlı

Tikinti sahəsi üzrə mütəxəssis Ramil Osmanlının dediyinə görə, 2019-cu ildə şəhərsalma qaydalarına edilən dəyişiklik əsasında Bakı şəhərində şəhərsalma ilə bağlı tikintisinə icazə verilən obyektlərin tikintisinə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin cəlb olunması bu prosesi tənzimləmiş oldu: “Ona qədər bu sahədə vəziyyət çox acınacaqlı idi. Cənab Prezidentin təsdiqlədiyi yeni qaydalara əsasən Bakı şəhərində icra hakimiyyətləri tikintisinə icazə tələb olunan obyektlərlə bağlı sərəncam verərkən Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin həmin ərazi ilə bağlı rəyi olmalıdır. Bu rəy ərazi üzrə əgər baş plan mövcuddursa onun, mövcud deyilsə müfəssəl plan üzrə tikintinin normativlərini tənzimləyir. Şəhərsalma Məcəlləsində əslində hündürmərtəbəli binaların tikintisini tənzimləyən kifayət qədər normalar var. Sadəcə, bunun tətbiqi məsələsində ciddi problemlər var idi. İcra hakimiyyətləri çox zaman tikinti onların monopoliyasında olduğuna görə istənilən qərarı verə bilirdilər. Həm sərəncam verirdilər, həm tikintiyə icazə sənədini təsdiqləyirdilər, həm inşaat pasportunu, həm tikinti nişanını verirdilər. Nəhayət, bu sənədlər əsasında tikilən tikilini istismara qəbul edirdilər. Yəni bütün proses öz nəzarətlərində olduğuna görə istədikləri kimi davranırdılar. Amma indi vəziyyət çox fərqlidir. Prezident Eldar Əzizovla görüş zamanı binaların tikintisində kofisentlərin gözlənilməsi məsələsinə xüsusi diqqət yetirdi. Qeyd etdi ki, xüsusilə çoxmənzilli binaların tikintisində mütləq şəkildə sovet dövründə tətbiq olunan kofisentlərə qayıdılması zəruridir. Bu isə o deməkdir ki, indiyədək kofisentlər 6-6,5 civarındaydısa – bəzi hallarda tikinti şirkətləri 1 hektar torpaq sahəsində 65-70 min kvmetr tikinti inşa edirdilər -, indiki qaydalara əsasən bu, 1 hektarda 20, əgər sovet kofisentləri tətbiq olunarsa isə hətta 18 min kvmetr tikinti apara bilərlər. Bu, o deməkdir ki, 1 ha ərazidə 2, uzağı 3 dənə 12-13 mərtəbəli birbloklu bina tikmək olar. Hesab edirəm ki, bu sahədə əsas problem qanunvericiliyə əməl olunması məsələsiydi və artıq bu, təmin olunur”.

Ekspert onu da qeyd edir ki, tikintilərin nizamlı aparılması hər bir şəhərdə baş planla tənzimlənir. Bakı şəhərinin Baş Planının hazırlanması istiqamətində də müəyyən addımlar atılıb: “Son illərdə bu məsələ ciddi müzakirələrə səbəb olub. 2018-ci ildə Abşeronun regional inkişaf planı hazırlanmışdı və Dövlət Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən təsdiqlənərək Nazirlər Kabinetinə göndərmişdi. Nazirlər Kabineti bu sənədi geri qaytarıb, üzərində yenidən işlənməsi üçün. Ondan sonra hansı proseslərin getməsindən xəbərsizəm. Amma onu bilirəm ki, hazırda Bakıda şəhərsalma prosesi həmin layihə üzrə həyata keçirilir. Bütün istiqamətlərdə tikinti və infrastruktur layihələrinin icrası zamanı paytaxtın mərkəzinin yüklənməsinin qarşısı alınır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930