Bakıda sürücü və piyadalara XÜSUSİ XƏBƏRDARLIQ

22.02.2021 - 11:34

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.

Sinoptiklərin əvvəlcədən məlumat verməsilə əlaqədar yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq edir.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hərəkət iştirakçıları mütləq əvvəlcədən verilən proqnozlara uyğun qaydalara əməl etməlidirlər.

“Biz də hava şəraitinin kəskin dəyişməsilə bağlı verilən proqnozları nəzərə alaraq bir daha sürücülərə müraciət edirik.

Nəzərə alsaq ki, sinoptiklər artıq əvvəlcədən Bakı şəhərində, eləcə də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumat verirlər, deməli, sürücülər buna hazırlıqlı olmalıdır.

İlk növbədə qarlı, şaxtalı, buzlu hava şəraiti olursa, yollarda sürüşmə ehtimalı artır deyə sürücülər şəxsi avtomobildən mümkün qədər az istifadə etməlidirlər. Belə hava şəraitində ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir.

Belə havada avtomobili idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. Şüşəsilənlərin işləməsi, avtomobildə suyun antifriz olması vacibdir.

Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.

Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.

Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır.

Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161557

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930