“Dövlətimizin başçısının Gəncəyə səfəri bir daha göstərdi ki, bütün bölgələr diqqət mərkəzindədir”

31.01.2022 - 22:50

Prezident İlham Əliyevin ərazisinə və əhalisinə görə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə səfəri ölkəmizin hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir. Bu, dövlətimizin başçısının ötən il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəninə sayca 18-ci səfəridir. Bu səfər bir daha onu göstərir ki, bütün bölgələr, hər bir layihə şəxsən dövlətimizin başçısının diqqət mərkəzindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

Qədim diyarımız və onun tarixi haqqında danışan deputat qeyd edib: “Kiçik Qafqazın şimal-şərq tərəfində yerləşən Gəncə şəhəri Bərdənin paytaxt statusunu itirdiyi dövrdən, yəni X əsrdən etibarən ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başlayıb. Bu amil Gəncəyə demək olar ki, bir əsr müddət ərzində Qafqaz Albaniyasının paytaxtı olmaq imkanı verib. Xüsusilə vurğulamaq lazımdır ki, Gəncə şəhəri Cavad xanın hakimiyyəti dövründə (1785–1804) yüksək səviyyədə inkişaf edib.

Qarabağ müharibəsi dövründə Gəncə şəhərindən olan 400 nəfərdən çox insan döyüşlərdə şəhid olub. 2020-ci il Vətən müharibəsi dövründə Gəncə şəhərinə ciddi ziyan dəyib. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, bu günahsız insanları və mülki obyektləri Ermənistanın raket hücumuna məruz qoyması müharibə cinayətidir və bunun üçün cavab verilməlidir”.

Deputat diqqətə çatdırıb ki, ümumilikdə bu dəhşətli terrorlar nəticəsində Gəncədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və digər ərazilərə hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

M.Abbaszadə vurğulayıb ki, son illərdə digər bölgələrimizdə olduğu kimi, Gəncə şəhərində də mühüm infrastruktur layihələri reallaşdırılıb. Şəhər elektrik enerjisi ilə tam təchiz olunub və burada 10 yarımstansiya fəaliyyət göstərir. Gəncədə 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir və bu layihə ilə şəhərin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl dövlətimizin başçısının təşəbbüsü ilə yenidən qurulub.

Prezident İlham Əliyevin Gəncəyə budəfəki səfəri zamanı bir sıra mühüm obyektlərin açılışını etdiyini diqqətə çatdıran deputat qeyd edib ki, Gəncə Dram Teatrının yeni binası, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposunun istismara verilməsi mühüm hadisələrdir. Depoda 75 nəfərin işlə təmin olunacağını vurğulayan M.Abbaszadə Gəncə İdman Sarayında tikinti işlərinin sürətlə davam etdiyini bildirib.

Deputat əlavə edib ki, “ASAN xidmət” Mərkəzinin istifadəyə verilməsi isə şəhər sakinləri və ətraf rayonların əhalisinə yeni xidmət səviyyəsinə imkan verəcək: “Gəncə “ASAN xidmət” Mərkəzinin işçiləri əsasən şəhid ailəsinin üzvləri və qazilərdir. Bu da Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin sosial-məişət problemlərinin dövlətimizin diqqət mərkəzində olduğunu deməyə bir daha əsas verir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169921

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930