Füzulidə 2015-ci il uğurla başa çatıb – HESABAT

10.02.2016 - 13:46

Füzulidə 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda vəzifələr müzakirə olunmuşdur

rrHoradiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir.
İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin müavini, millət vəkili Bahar xanım Muradova, Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, QHT-lər, KİV nümayəndələri iştirak etmişdir.
Hesabat yığıncağına başlamazdan öncə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Bahar xanım Muradova, Əflatun Rufiyev və şura üzvləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış etmiş, 2015-ci ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulamışdır.
Qeyd etmişdir ki, yola saldığımız 2015-ci il bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olmuş, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artmışdır. 2015-ci ildə Füzuli rayonunda bütün sahələrdə inkişaf, tərəqqi əldə edilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Bütün bunlar isə Prezident cənab İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğının ifadəsi kimi olduqca qiymətlidir.tt
Alı Alıyev 2015-ci ildə bütün dünyanın, həm də füzulililərin həyatında silinməz izlər qoymuş Birinci Avropa Oyunları barədə danışmış, Horadiz şəhərində keçirilən “Alov” festivalını qeyd etmişdir. Bildirmişdir ki, ötən ilin mühüm siyasi hadisələrindən biri də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilər olmuşdur. Şəffaf, demokratik və seçicilərin fəallığı ilə keçirilmiş seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən Bahar xanım Muradova, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Aqil Abbasa etimad göstərilərək yenidən Milli Məclisə deputat seçilmişdir.
Alı Alıyev rayonun 2015-ci il üçün iqtisadi göstəriciləri barədə geniş məlumat vermiş, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs etmiş, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb etmişdir.
Sonra Alı Alıyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında və yanvarın 26-da Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn məsələlər barədə danışmış, tapşırıqların icrası istiqamətində rayonda görülən işlər və qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Odur ki, bütün qüvvələr bu istiqamətdə səfərbər edilməli, kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalıdır.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev və Milli Məclis sədrinin müavini, füzuli rayonundan millət vəkili Bahar Muradova çıxış etmiş, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident cənab İlham Əliyev tərəfindən qaldırılan məsələlər, onların həlli yolları barədə məlumat vermişlər.
Xidmət təşkilatlarının 2015-ci il üçün fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür. Müzakirələr zamanı Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsini təmin etmək məqsədilə rayonda sənaye məhəllələrinin, iri taxılçılıq təsərrüfatlarının yarılması, banklar tərəfindən yerli əmlakın girov kimi qəbul edilməsi, Horadizdə Asan Xidmət Mərkəzinin açılması təklif olunmuşdur.
Qaldırılan rəy və təkliflərin ümumiləşdirilərək həlli üçün aidiyyəti orqanlara müraciət olunması qərara alınmışdır.
Sonra hesabat yığıncağının Qərarı oxunmuş, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemlər də qeyd etmiş, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53030

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930