Bakıda saxta meyvə şirələri – FOTOLAR

25.05.2016 - 11:39

meyve-suyuPaytaxtda mənşəyi və keyfiyyəti məlum olmayan meyvə şirələri satışa çıxarılıb.

Bu barədə Publika.az-a Azad İstehlakçılar Birliyindən (AİB) məlumat verilib.

Biz də “Bizim araşdırma” layihəsi çərçivəsində bu problemi gün işığına çıxarmağa çalışdıq.

Aldığımız məlumata görə, üzərinə “Mega-pak” yazılmış albalı meyvə şirələrinin əslində hansı keyfiyyətə malik olduğu tam məlum deyil.

“Meyvə şirələrinin üzərindəki telefon nömrəsinə zəng vurduqda həmin nömrənin istehsalçı ilə bağlılığı olmadığı üzə çıxır. Telefona cavab verənlər bu nömrənin ev nömrəsi olduğunu deyirlər”, – deyə AİB sədri Eyyub Hüseynov bildirib.

Bu sadalananlar bir yana, bununla bağlı başqa xoşagəlməz faktlar da var: “Meyvə şirəsinin qabının üstündəki etiketin altında tam başqa bir etiket də var. Bir-birlərindən fərqli etiketlər üst-üstə yapışdırılıb. Üstəlik malın yararlılıq müddətini bildirən etiketin altında başqa bir etiket də var. Bu şirələri bizə paytaxt sakinlərindən biri təqdim edib və araşdırma aparırıq”.

İstehsalçının ünvanı Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi kimi göstərilib. Müəssisənin adı isə “İlqar MMC”-dir. Lakin qeyd etdiyimiz kimi, məhsulun üzərindəki əlaqə telefonu istehsalçıya məxsus deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=65062

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930