Azərbaycanın tanınmış alimi vəfat etdi

23.07.2016 - 11:33

rr-174Azərbaycanın tanınmış dilçi alimi dünyasını dəyişib.
Dilçi, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Qeyd edək ki, M.Mirzəliyeva 1949-cu ildə dünyaya gəlib. Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1971-1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləyib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olub.
Məhəbbət Mirzəliyeva 1975-1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981-1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışıb. 2002-ci ilin yanvarında Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilib. 2013-2015-ci illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2015-ci ildən bu günə kimi institutun türk dilləri şöbəsinə rəhbərlik edib.
M.Mirzəliyeva 2000-ci ildən Bakı Dilçilik Məktəbinin rəhbəridir. 2012-ci ildən Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub.
1993-1996-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının humanitar siyasət şöbəsində məsləhətçi işləyib. (milli.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70897

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930