Dollar 1.80 olacaq – Ekspert

21.10.2016 - 13:38

samir-%c9%99liyev_2“Bu ilin sonuna kimi dolların kəskin şəkildə bahalaşması gözlənilmir”.

Bunu açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

O, yaxın vaxtlarda dollara olan tələbatın artacağını bildirib: “Bir müddət öncə bazarda ajiotaj var idi. Belə ki, dollara olan tələbat çox yüksək idi. Bunun da səbəbi konkret olaraq Beynəlxalq Bankla bağlı idi. Bankın borc öhdəliyi var idi. Neft fondu sentyabr ayında 500 milyon depoziti banka yatırdı. Bankın dollara olan tələbatı ödənildikdən sonra bazarda bir sabitlik yarandı. Düşünürəm ki, bu sabitlik qısamüddəlidir.

Yenidən ajiotajın olacağını deyə bilmərəm. Sadəcə olaraq dollara olan tələbat bundan sonra artacaq. Bunun bir səbəbi bankların öz borc öhdəliklərinin olmasıdır. İkinci səbəb isə idxaldır. Bizdə idxaldan asılılıq yüksək səviyyədədir. Biz nə qədər idxalı məhdudlaşdırsaqda, idxal getdikcə ölkədən özü ilə böyük həcmdə dollar çıxarır. İxracımız isə neftdən kənar olaraq yox dərəcəsindədir.

Neftdən kənar olan bu dollar bazarda azdır. Ona görə düşünürəm ki, yaxın dövrdə manatın bahalaşması real deyil. Əgər belə bir hal baş verərsə, bu qısamüddətli olacaq. Amerika Mərkəzi Bankı olan federal ehtiyat sistemi noyabr və dekabrda keçiriləcək iclasda uçot dərəcələrinin qaldırılması gözlənilir. Böyük ehtimalla noyabrda uçot dərəcəsi qaldırılmayacaq. Gözləntilər dekabr ayınadır. O vaxt üçündə birmənalı fikir bildirmək çətindir. Çünki dekabrda bu hal baş verə də bilər, bilməyə də. Əgər uçot dərəcələri qaldırlarsa, bu, dünyada dolların bahalaşmasına gətirib çıxaracaq.

Təbii ki, bu manata təsir edəcək. Dolların bahalaşması neftin ucuzlaşmasına gətirib çıxarır. Bu da birbaşa olmasa da, dolayı yolla manata təsir edir. Bu baxımdan hələ ki, doların bahalaşmasını şərtləndirən amillər daha çoxdur. Dollar bahalaşdıqca manat ucuzlaşmaya məhkumdur.

Hesab edirəm ki, bu ilin sonuna kimi dolların kəskin bahalaşması olmayacaq. Dolların ilin sonuna kimi 1 manat 80 qəpik civarında olacağını gözləyirəm”.

İqtisadçı hesab edir ki, manatın bu gün bahalaşması üçün iqtisadi əsas yoxdur: “Manatın gələcəyi ucuzlaşmaqla bağlıdır. Bu gün baş verən proseslər düşünürəm ki, müvəqqəti proseslərdir. Məsələn, manatın bahalaşması bazarda olan müəyyən dollar tələbatının qısamüddətli ödənilməsi nəticəsində baş verən dəyişiklikdir. Dövlət büdcəsi xətti ilə bu 4 rübdə iqtisadiyyata xeyli vəsait yatırılacaq. Bu isə manata olan əzyiqi artıracaq. İlin sonuna doğru manatın yumşaq və ya zəifdə olsa ucuzlaşmasını müşahidə edəcəyik”.(BakıPost)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79767

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930