Kremlin növbəti məkrli planı: Azərbaycan Ermənistanla ortaq koalisiyada?

01.12.2016 - 09:29

Rusiyanın nüfuzlu nəşrindən şok iddia; Putin Bakı və İrəvanı “sülhməramlı” adı ilə özünün Suriya projesinə qoşmaq istəyir; Tehran və Moskvaya görə İslam ordusuna qoşulmayan Azərbaycanın seçimi nə olacaq – İranın da yer aldığı koalisiya, yoxsa Türkiyə?..

rr“Rusiya-Suriya koalisiyası Serbiya, Çin, Misir və bir sıra MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistan hərbçiləri hesabına tamamlana bilər”. Belə bir sensasion sayılacaq iddia ilə Rusiyanın nüfuzlu nəşrlərindən olan “Nezavisimaya qazeta” hərbi mənbələrə istinadən çıxış edib.  Nəşrin iddiasına görə, Bəşər Əsəd qüvvələri Rusiyanın dəstəyi ilə Hələb şəhərinə uğurlu hücumları davam etdirir və tezliklə şəhərin üsyançılardan təmizlənəcəyi gözlənilir.
“Hələbin şimal-şərq rayonlarının azad edilməsi Rusiyanın başçılıq elədiyi və Bəşər Əsədin tərəfində olan koalisiya qüvvələrinin artan gücünü sübut edir. Bu isə Suriyada müharibənin dayandırılmasında mühüm mərhələnin başlanğıcı ola bilər. İstisna deyil ki, ölkədəki barışıq prosesinə tezliklə ”mavi dəbilqəlilər” qismində bir sıra dövlətlərin hərbi kontingenti də qoşulsun. Həmin ölkələr arasında İranla yanaşı, Misirin, Çinin, Serbiyanın bəzi MDB ölkələrinin, ilk növbədə də Azərbaycanın adı çəkilir”, – deyə hərbi-diplomatik mənbədən qəzetə bildirilib.
Nəşr Suriya ərazisində antiterror mübarizəsinə MDB ölkələrinin hərbi bölmələrinin qatılması mümkünlüyünün MDB ölkələri müdafiə nazirlərinin 30 noyabr Moskva sammitində müzakirə olunacağını da istisna etməyib. Məlum olduğu kimi, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da toplantıda iştirak etmək üçün Moskvadadır.
Image result for İŞİD
“Qaynaqların bildirdiyinə görə, Moskvanın niyyəti budur ki, İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra Suriya üzrə Rusiya və koalisiya müttəfiqlərinin humanitar aksiyalarda (ərazilərin minalardan təmizlənməsi, münaqişə tərəfləri arasında vasitəçilik və s.) və sülhməramlı prosesdə fəal iştirakı nəzərdə tutulur. Bəllidir ki, Serbiya artıq hərbi təyyarələrlə Suriyaya humanitar yardımlar çatdırıb. Rusiya Müdafiə Nazirliyi artıq Azərbaycana təklif edib ki, Suriyada üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak etsin. Lakin Bakı bu təkliflə bağlı hələ ki susur” – nəşr etibarlı mənbəyə istinadla əlavə deyib.
***
Beləliklə, Rusiya Azərbaycana faktiki şəkildə işğalçı Ermənistanla eyni (hərbi) koalisiyada və ya missiyada təmsilçilik təklif olunur. Doğrudur, Azərbaycan rəsmiləri indiyədək Bəşər Əsəd rejimin legitimliyini şübhə altına alan mövqe sərgiləməyiblər. Bu xüsusda xarici işlər nazirinin müavini Araz Əzimovun vaxtilə verdiyi bir qalmaqallı açıqlamanı yada salmaq kifayətdir. Yəni beynəlxalq hüquq baxımından Azərbaycanın Rusiya koalisiyasında iştirakı üçün əngəl görünmür.
Image result for Esad
Amma ortada Türkiyə amili var, ərəb dünyası ilə, ilk növbədə də Azərbaycanın müttəfiqi sayılan Səudiyyə Ərəbistanı ilə isti münasibətlər məsələsi var. Bu ölkələr isə B.Əsədin tezliklə hakimiyyətdən getməsinə çalışır, nəinki onun hakimiyyətdə möhkəmlənməsinə. O zaman belə çıxmayacaq ki, Azərbaycan Əsəd rejiminin möhkəmlənməsinə hərbi töhfə verməklə həm də qardaş ölkənin, əksər ərəb dövlətlərinin maraqlarını gözardı edir? 
Unutmayaq ki, həmin ərəb-müsəlman ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Ermənistanı işğalçı kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının özəyini təşkil edir. Sual da elə budur ki, Azərbaycan təcavüzkar ölkənin 1 nömrəli müttəfiqi olan, son vaxtlar isə bu təcavüzkarı daha güclü şəkildə silahlandıran Rusiyanın maraqlarını, yoxsa 1 nömrəli müttəfiqimiz Türkiyənin və digər müsəlman müttəfiqlərimizin marağını öndə tutmalıdır?
Image result for İslam Əməkdaşlıq Təşkilatı
***
Bu yerdə yada salaq ki, bir neçə ay qabaq Səudiyyə Ərəbistanının təşəbbüskarı olduğu İslam ordusu layihəsinə qoşulmaq təklifinə rəsmi Bakı isti yanaşmayıb – əsasən də İran və Rusiyanı qıcıqlandırmamaq naminə. İndi isə ona diametral əks təklif edilir – Rusiyanın, İranın və Ermənistanın olacağı, lakin Türkiyə və Səudiyyə Ərəbistanının, əksər ərəb ölkələrinin yer almayacağı koalisiyaya qoşulmaq.
Image result for Erdoğan Putin
Burda ad artıq önəm də daşımır. Aydındır ki, belə bir koalisiya Rusiyadan ötrü daha çox Qərbə, ABŞ-a, lap elə qardaş Türkiyəyə güc nümayişi baxımından lazımdır və özünü supergüc kimi təsdiqləmək üçün sırf geosiyasi əhəmiyyət daşıyır.
Image result for Kreml
Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan srağagün Qüds konfransında çıxışı zamanı Ankaranın Suriyaya Əsədin hökmranlığına son qoymaq üçün girdiyini bildirib. Yəni Türkiyənin Bəşər Əsəd rejiminə münasibəti mahiyyət etibarilə dəyişməyib – ona bəzi korrektələr edilsə də.
Bu arada isə Suriya parlamentində (daha dəqiqi, Əsədin “əl parlamentində”) qondarma “erməni soyqırımı”nın tanınması məsələsinin müzakirə edildiyi bəlli olub. Belə ki, publika.az panarmenian.net-ə istinadən xəbər verib ki, bu haqda Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşdə Suriya parlamentinin deputatları Ömər əl-Ərəbi və Alan Bakeri bildiriblər. Onların sözlərinə görə, Suriya parlamentinin müvafiq komissiyalarında “erməni soyqırımı”nın tanınması məsələsinin müzakirəsi gedir.
Image result for Qarabağ
 
Bunu da sözgəlişi qeyd elədik ki, Bəşər Əsədin “qanunvericiləri”nin həm də Azərbaycan əleyhinə mövqedə bulunduqları aydın görünsün… 
***
Məsələ də ondadır ki, Rusiya belə xoşməramlı niyyət güdürsə, o zaman niyə də işğal altındakı Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda da analoji antiterror əməliyyatlarının aparılması üçün koalisiya qurmaq təklifində bulunmur?
Cavab aydındır: çünki sərf eləmir, çünki Moskva onsuz da Güney Qafqazda möhkəmlənib. İndi əsas məqsəd Yaxın Şərqdə, Suriyada hərbi cəhətdən möhkəmlənmək və bölgəyə təsir imkanlarını artırmaq üçün Azərbaycanlın da dəstəyi ilə legitimlik əldə eləmək, sonucda özünün maraqlarını qabağa aparmaqdır.
Belədirsə, İrəvanın ən böyük hərbi-siyasi müttəfiqinin bu məkrli oyunlarında iştirakçı olmağa, bununla da üstəlik, dost-müttəfiqlərimizi incitməyə dəyərmi? 
Əlavə edək ki, Azərbaycan V.Putinin Avrasiya layihələrinə (Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı) qoşulmaqdan məhz ona görə imtina edir ki, orada işğalçı Ermənistan da təmsil olunur. Rəsmi Bakının bu xüsusda şərti çoxdan məlumdur: öncə torpaqlar, yəni Qarabağ məsələsində real irəliləyiş – hansına ki, Moskva razılıq vermir, erməniyə görə…
“Yeni Müsavat”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83444

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031