Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı – FOTOLAR

06.12.2016 - 23:36

intimBəzi ölkələrdə intim saytlara xüsusi qadağalar tətbiq olunsa da, bu gün ölkəmizdə bu sahədə qanunvericililkdə bəzi boşluqların olduğu müşahidə edilir. Qonşu ölkələrə nəzər salsaq görərik ki, hətta intim saytlara girişlərə də bəzi məhdudiyyətlər belə tətbiq edilib. Azərbaycanda isə açıq şəkildə intim hekayələrin, əxlaqsız qadınların reklamının, görüş təkliflərinin, ünvan və telefon nömrələrinin yer aldığı sayt fəaliyyət göstərir. Hətta saytın reklamları digər saytlarda da yer alıb.

Cebhe.info saytla əlaqə saxlamağa cəhd etsə də, koordinatların verilməməsi bu imkanı məhdudlaşdırıb.

Qadın saytlarının birində yerləşdirilmiş reklamdan keçid edərək daxil olduğumuz saytda isə hər şey var: Qadın alveri, görüşün xidmətinin qiyməti, görüş üçün nəzərdə tutulan evlər, seks xidmətləri, masaj xidmətləri, seks-intim hekayələri və s. Saytda yer alan hekayələrdə isə hər cür cinayətə təşfiqə rast gələ bilərik- evlərə basqın, manyaklıq, təcavüz və s.

Araşdırmalar belə deməyə əsas verir ki, həm sözügedən sayt, həm də onun reklamını aparan digər saytlar bir mərkəzdən idarə olunur və eyni şəbəkəyə bağlıdır.

Cebhe.info həmin saytdan çəkilmiş fotoları sizə təqdim edir, saytın adını reklam olmaması üçün yazmırıq. Yəqin ki, hüquq- mühafizə orqanlarından və aidiyyatı strukturları mövzunu diqqətdə saxlayacaq.

Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı - FOTOLAR
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı - FOTOLAR
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı - FOTOLAR
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı - FOTOLAR
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı - FOTOLAR

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83848

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930