Gəncədə 10 milyonluq müdhiş cinayət – Kimlərin pulu getdi?

14.01.2017 - 20:45
Gəncədə müdhiş cinayət hadisəsi baş verib

Gəncədəki mənbələrdən alınan məlumata görə, şəhərdə uzun müddət valyuta mübadiləsilə məşğul olmuş şəxs bir neçə gün öncə ölkəni tərk edərək bəzi adamlara böyük bir şok yaşadıb. Belə ki, Sərdar adlı şəxs Şəhərin Heydər Əliyev Prospektində (Universamın yanında – Red) son aylar ərzində valyutadəyişmə məntəqəsi işlədib. Ölkədə banklardan kənar bu tip fəaliyyət növü ilə məşğul olmaq qadağan olsa da, “qəhrəmanımız” heç bir maneəyə rast gəlmədən dekabrın sonlarına qədər öz məntəqəsində valyuta mübadiləsi aparıb. Məlumat verən şəxslərin sözlərinə görə, şəhərdə yalnız haqqında bəhs etdiyimiz məntəqədə dollar almaq və satmaq mümkün olub. “Hətta banklarda belə dollar alış-verişi olmadığı halda, həmin məntəqədə insanlar çox rahat şəkildə dollarla əməliyyatlar apara bilirdilər. Açığı bu, hamı üçün bir qədər təəccüblü idi” – deyən mənbələrdən biri əlavə edib ki, gün ərzində həmin məntəqədə külli miqdarda dollar dövriyyə edib.

Nəhayət dekabrın son günlərinin birində həmin məntəqə fəaliyyətini dayandırıb. Bir neçə gündən sonra isə məlum olub ki, məntəqənin sahibi külli miqdarda vəsaiti mənimsəyərək ölkəni tərk edib. Məlumata görə, söhbət təxminən 10 milyon manatdan gedir. Maraqlıdır ki, pullarla birgə yoxa çıxan adam bir qədər əvvəl ailə üzvlərini də ölkədən çıxarıb. Mənbələr bildirib ki, indi həmin “bacarıqlı oğlanı” çoxları axtarır və onların arasında şəhərin tanınmış simaları, iş adamları və hətta məmurlar da var. Belə ki, əldə etdiyimiz məlumata görə, hazırda bərk narahatlıq içində “qəhrəman” valyuta mübadiləçisini axtaran adamlar ona “qara bazar”da dövriyyəyə buraxmaq üçün böyük məbləğdə dollar və manat veriblər. Onların bəzilərinin kimliyi barədə məlumatımız olsa da, hələlik təfərrüata varmaq istəmirik.
Qeyd edək ki, mənimsənimiş vəsaitlərin müəəyən bir hissəsi də köçürmə əməliyyatlarına aid olub.

Son məlumata görə, axtarışlar hələlik heç bir nəticə vermir. Külli miqdarda vəsaitlə birgə qeybə çəkilmiş “qəhrəmanı”nın yerini müəyyən etmək mümkün olmayıb. Maraqlıdır ki, axtarışlar qeyri-rəsmi şəkildə aparılır və baş vermiş hadisənin açıqlanmasına maraq göstərilmir. Bunun səbəbləri barədə ehtimallarımızı növbəti yazılarımızda təqdim edəcəyik. Hər halda haqqında bəhs olunan valyuta mübadiləsi məntəqəsinin heç bir maneəyə rast gəlmədən fəaliyyət göstərməsi çox maraqlıdır. (missiya.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85413

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930