Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsindəki “tıxac”ın faciəli sonu…

16.01.2017 - 22:10
Hörmətli oxucu …
 
Xahiş edirəm mənim bu məsələmi Prezident cənab İlham Əliyevə,  Baş prokuror cənab Zakir Qaralova,  Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlayasınız.
“09.01.17 ci il tarixində Yasamal rayonu ərazisində yerləşən akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gəlinim Qasımova Turanə Vidadi qızının doğumu ilə əlaqədar müraciət etdik. Gəlinimi qeydiyyat otağında qeydiyyata alıb bütun lazımi olan müayinə və analizlərdən keşirib şöbəyə qəbul etdilər. Mən Zeynalova Məsimə həkimlə və ya şöbə müdiri ilə gorüşmək istədiyimi bildirdim, mənə mühafizəcilər bunun mümkün olmadığını bildirdilər. Qeydiyyat otağında doğum şöbəsinin müdirəsi Zara (Zəhra Abbasova) adlı həkimlə telefon əlaqəsi yaradıb gəlinim Qasımova Turanənin gözü zəif olduğunu və qeysəriyyə olunmasını xahiş etdim. Zara xanım cavabında mənə bildirdi ki palata həkimi Elnurə xanım palataya yerləşdirsin, həmin günü palataya yerləşdirsələr də xəstənin durumu ilə maraqlanan olmadı. Səhərisi, yəni 10.01.17 ci il tarixində səhər saat 8 radələrində xəstəxanaya getdim, gəlnimin halı yaxşı deyildi, bildirdi ki, məni qəbul etsələr də onunla maraqlanan yoxdur, burda kimdən nəsə soruşanda da pul ilə cavab verirlər, mən gəlinimə pul verdim və palataya yola saldım, onu da qeyd edim ki gəlinimlə görüşmək istədiyimi bildirəndə dedilər icazə yoxdur, amma yanımda başqa bir tanımadığım xəstənin valideyini dedi ki, pul versən əlüstü görüşdürəcəklər, mən də qapıda durana 2 manat verdim, gəlinimlə məni görüşdürdü. Zara xanıma 2 dəfə zəng etdım, telefona cavab vermədi, bir neçə dəqiqədən sonra Zara xanim mənə zəng edib kimsiz deyə sual verəndə dedim ki, Qasımova Turanənin mamasıyam, bağışlayın həkim, narahat edirəm gəlinimin vəziyyəti yaxşı deyil, bərk ağrıyır, xahiş edirəm gəlinimi əməliyyat edin, uşağı götürün. Zara xanım cavabında mənə dedi ki xəstəm çoxdur, reanimasiyada yer yoxdur, bu gün vaxtım yoxdur, məni narahat etməyin. Bir neçə saat orda gözlədikdən sonra palata həkimi Elnurə həkimə yalvardım ki, xahiş edirəm gəlinim çox ağrıyır onu əməliyyat edin, uşağı götürün. O da mənə “mən kiməm, Zara xanımsız heç nə edə bilmərəm, Zara xanıma müraciət edin” cavabını verdi. Mən yenə Zara xanıma zəng etdim, cavab verdı və mən ona israrla xahişimi təkrarladım. Zara xanım cavabında mənə bildirdi ki, məni narahat etməyin, gedin işinizlə məşğul olun, mənə mənim işimi öyrətməyin, mən vaxtını bilirəm, hələ sizin gəlininizin vaxtına var.
10.01.17 ci il tarixində günorta saatlarında gəlinimi aparıb ultrasəs müayinədən keçirib əməliyyata hazırladılar, lakin əməliyyat etmədilər, mən tələb etdim ki, əməliyyat edin, bizə cavab olaraq bildirdilər ki, gəlin və uşaq maşallah olsun superdi, hər şey cox yaxşıdır. Gəlin və uşağınızdan narahat olmayın, hər ikisi tam sağlamdır, heç bir narahatçılıq yoxdur. Lakin mən gəlinim ağrıya dözə bilmədiyindən yalvardım ki, xahiş edirəm əməliyyat edin. Zara həkim mənə dedi ki, sən məndən çoxmu bilirsən, mən sənin gəlninin vaxtını bilirəm. Həmin gün axşam saat 19-20 yə kimi gozlədik evə gəldik. Həmin gün gəlinimin ağrısı heç kəsməyib, gecə saat 2-3 radələrində gəlinim qızıma və xalasına sms yazıb ki, ağrıdan ölürəm, mənə heç kim baxmır, həyat yoldaşı Qasımov Azərlə telefonla danışaraq halı pisləşdiyini deyib. Biz də gəlinə dedik ki, növbətçi həkimə müraciət etsin.
Səhərisi səhər saat 7 radələrində gəlinim Zara xanıma bildirib ki, mən ölürəm, qan axmadan ayağa dura bilmirəm, mənə baxan yoxdur, təxmini saat 07:30 radələrində Elnurə gəlib görüb ki, qanaxma var, deyib səndən qabaq xəstə var, qanaxma ilə onu əməliyyata salıblar. Sonra təxmini saat 9-10 da gəlinimi əməliyyat otağına aparıblar və nəticədə 3-4 saatdan sonra Elnurə həkim gəldi dedi ki, Qasımova Turanənin qohumlarından kim var, biz də saat 5 dən gedib orada gözləyirdik. Bizə dedi ki, Turanə sağdır, amma uşaq tələf oldu. Mən ona dedim dünən uşaq sağ idi, nə oldu?  Dünəndən sizə yalvarıram ki, uşagı götürün, niyə götürmədiniz? Dedi ki, mən kiməm, Zara həkim bilər.
Onu bildirmək istəyirəm ki, uşaq Zaranın və digər həkimlərin səhlənkarlığı nəticəsində tələf oldu. Mən uşağı görməyi tələb etdim, Yasamal rayon Prokrorluğundan gələn prokuror koməkçisi Anar adlı şəxs bizə dedi ki, uşağı gətizdirəcəm görün və morqa aparmalıyıq ki, ekspertizadan keçsin.Təxmini 1 saat gözlədik, uşağı gətirən olmadı, orda tanımadığımiz bir mühafizəçi bizə dedi ki, nə gözləyirsiz yalandan, uşaq yoxdur, səhər əməliyyatdan sonra morqa yollayıblar, getdik morqa, bizə dedilər ki, burda elə uşaq yoxdur. Prokuror koməkçisi Anar müəllim onlara dedi ki, açın qapını, orda neçə nəfər işçi var idisə hamısı biri birinin üstünə atdı ki, mənə yox ona veriblər, o dedi mənə yox o birinə veriblər, bizi bir neçə dəqiqə yubadaraq axır kı, dedilər ki, hə bizdədi. Mən və övladlarım Anar müəllimə sual verdim ki, mənim xəbərim olmadan belə bir şey etmək düzgündürmü? O, həmin vaxt telefon ilə Zara xanımla danışırdı və sualımıza cavab olaraq bildirdi ki, qayda qanun budur və cavabı 1 ay (bir ay) müddətinə çıxacaq, siz o vaxta kimi gəlib prokurorluğa izahat yazın.
Burdan aydın görünür ki, cavabı Zara xanım istədiyi kimi yazdıracaq. Ona görə də mən uşağın dovlət tərəfindən təkrar ekspertiza olunmasını tələb edirəm. Çünki, mənə əməliyyat olan bir dəqiqəyə kimi hər şeyin yaxşı olduğunu və gəlinim və onun bətnindəki uşağın sağlam olduğunu müayinələr analizlər və həkimlər bildirib. Mən hər bir analizi oz gözümlə yaxşı olduğunu görmüşəm, hətta dopler də çox yaxşı çıxmışdır. Onu bildirmək istəyirəm ki bizim dunyaya gələn körpəmiz birmənalı olaraq həkimlərin səhlənkarlığı nəticəsində tələf oldu. Onu qeyd edim ki, adı Respublika xəstəxanası olmağına baxmayaraq açıqcasına bazardır. Xadiməsindən tutmuş şöbə müdirinə kimi heç biri pul almamış heç nə etmir, hətta xəstən ölüb əlindən getsə belə. Xəstəxanaya daxil olan orda istifadə olunan hər bir dərman praparatları xəstənin adamları tərəfindən alınır. Həmin alınan dərman və ya yeməyi xəstəyə çatdırmaq belə pul hesabınadır. Qapıda durana 2 manat verəndə deyir dilənçi deyiləm, bunu ya 3 elə ya 5 manat. Onu da qeyd edim ki, Zara həkim bizə bildirmişdir ki, mənim işimə qarışmayın, gedin evinizdə oturun, mən deyəndə gəlib pulunu odəyib gəlininizi və uşağınızı apararsız. 11.01.17 ci il səhər saat 10 radələrindən Zara həkim qaçıb itib tapılmır ki, bizə açıqlama versin ki niyə belə etdi. Dəfələrlə Baş həkimin müavinlərinin qəbulunda olduq, Zara xanım bizdən qaçır, bizi onunla görüşdürün deyə müraciət etsək də, ya bizə hədə qorxu gəlirlər, ya bizə böhtan atırlar ki, siz qapı – pəncərəni sındırmısız, halbuki biz nə pəncərə, nə də qapı sındırmamışıq, biz qanuni yolla tələb etmişik. 102 – yə zəng etmışik, onlar yanımızda olublar, çəkiliş çağırdıq, amma icazə vermədilər. Çəkilişə gələnləri arxa qapıdan yola saldılar. Baş həkimin müavininin qəbuluna düşmək olmur, qəbul edəndə də deyir ki, gedin əlinizdən nə gəlir edin.
Hörmətli redaksiya, xahiş edirəm, başımıza gələnlərin ciddi araşdırılması və günahkarların cəzalandırılması üçün  bizə dəstək verməyinizi xahiş edirik”.
Redaksiyadan: Biz bu şikayət məktubunu olduğu kimi təqdim edirik və ümid edirik ki, müvafiq qurumlar məsələni ciddi şəkildə araşdırıb həqiqətin üzə çıxmasına nail olacaqlar. Qarşı tərəfə də cavab haqqı tanıdığımızı və fikirlərini olduğu kimi təqdim etməyə hazır olduğumuzu bəyan edirik.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85573

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930