Şagirdi döyən müəllim cəzalandırıldı

16.01.2017 - 23:00

Astara rayonunda orta məktəbdə şagirdini döyən müəllim cəzalandırılıb.

Gununsesi.info-nun xəbərinə görə,  rayonun Şiyəkəran kəndi 1 saylı tam orta məktəbinin müəllimi Namiq Qəhrəmanov  9-cu sinif şagirdi Ələkbərov Etibar Qabil oğlunu döyüb. Belə ki, bu fakta görə, rayon Təhsil Şöbəsi aparılan araşdırmaların nəticəsi olaraq  N.Qəhrəmanova  töhmət verib.

Eyni zamanda  N.Qəhrəmanovun  həmin sinif üzrə dərsləri də əlindən alınıb.  Ona belə hal təkrarlanarsa,  məktəbdən uzaqlaşdırılacağı da bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanovun 9-cu sinif şagirdi Etibar Ələkbərovu döyməsi ilə bağlı video yayılıb.

Müəllim buna səbəb kimi məktəblinin özünü intizamsız aparmasını göstərib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85576

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930