İslam Həmrəyliyi Oyunlarının 23 milyon manatlıq vergi borcu silinib

17.01.2017 - 12:27
Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən, faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, siyahıda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BCOOC) adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, AİSGOC-un 22 mln. 676 min 116,1 manat, BCOOC-un isə 845 manat məbləğində borcu silinib.
Qeyd edək ki, BCOOC ötən ilin sentyabr ayının 1-14 tarixlərində Baklıda keçirilən Ümumdünya Şahmat Olimpiadası, AİSGOC isə cari ilin may ayının 12-22 tarixlərində Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85616

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930