Gəncə-Moskva reysində xüsusi əməliyyat: Təyyarə geri qaytarıldı – FOTO

18.01.2017 - 00:11
Bu gün saat 15:30-a uçuşu planlaşdırılan Gəncə-Moskva reysi iki saat gecikib.
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində təhlükəli şəxsin olması ilə bağlı daxil olan məlumatdır.
Belə ki, Gəncədən Rusiyanın paytaxtına uçan 110 sərnişindən biri ilə bağlı Moskvadan təcili məlumat daxil olub. Bildirilib ki, şübhəli sərnişinin uçuşuna qadağa qoyulmalıdır.
Hadisə ilə bağlı xüsusi təyinatlı qrup tərəfindən Gəncə aeroportunda əməliyyat keçirilib. Əməliyyata təlim görmüş itlər də cəlb olunub.
Hərəkətdə olan təyyarə geri qaytarılıb və əlində göy çanta olan 25-26 yaşlı şübhəli şəxs saxlanılıb.
İki saatlıq gecikmədən sonra təyyarə saat 17:30-da Moskvaya uçub.
Hüquq Mühafizə Orqanları baş verən əməliyyatla bağlı rəsmi məlumat yaymayıblar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85656

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930