Azərbaycan və BMT birgə fəaliyyət planı hazırlayacaqlar

20.01.2017 - 09:58

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin (UNAPF) icrası üçün üç işçi qrupu yaradıblar.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan 1992-ci ildən BMT ilə çox sıx əməkdaşlığa başlayıb və bir sıra proqramlarda iştirak edib: “UNAPF sənədi Azərbaycanın milli inkişaf konsepsiyasına daxil edilib və ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə strateji yol xəritələrində qeyd edilən prinsiplərə uyğundur. Bu sənədin reallaşdırılması üçün Azərbaycan hökuməti və BMT nümayəndələrindən ibarət üç işçi qrupu yaradılıb: iqtisadiyyatın şaxələndirilməsi; səmərəli sosial xidmətlərin göstərilməsi sahəsində institusional potensialın gücləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində risklərin azaldılması üzrə. Artıq bu qruplara müvafiq tapşırıqlar verilib və qısa müddətdə layihə çərçivəsində fəaliyyət planı razılaşdırılacaq və hökumət tərəfindən təsdiq ediləcək. Bundan sonra sənədin bilavasitə icrasına başlanacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85830

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930