“Azərbaycanda işsizlik sosial fəlakət həddinə çatıb”

18.02.2017 - 15:27

Gözəl Bayramlı: “Pakistandan işçi qüvvəsi gətirmək fikri absurddur”

Prezident İlham Əliyevin mart ayında Pakistana edəcəyi səfər zamanı bir sıra məsələlərlə yanaşı, bu ölkədən Azərbaycana işçi qüvvəsinin gətirilməsi məsələsinin də müzakirə ediləcəyi bildirilir. Maraqlıdır, əhalinin önəmli bir qisminin işsiz olduğu ölkəmizə kənardan işçi qüvvəsi gətirməyə ehtiyac varmı?

Cumhuriyyet.az-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı ölkədə işsizliyin fəlakət həddinə çatdığını bildirib:

“Azərbaycanda işçi qüvvəsinin çatışmazlığı fikri tamamilə absurddur. Əksinə, ölkədə işsizlik indi özünün ən yüksək həddinə qədəm qoyub və bu prosesin qarşısını almaq mümkün deyil. Hər gün neçə-neçə insan öz işini itirir, müəssisələr bağlanır, struktur islahatları adı altında insanlar işsiz qoyulur. Belə bir vaxtda Pakistandan işçi qüvvəsi gətirmək kimi absurd qərar qəbul etmək heç bir məntiqə sığmır. Qul bazarlarına baxıb, hər gün baş verən intiharları dəyərləndirib, müalicə oluna bilməyib həyatını itirənlərə baxıb ölkədə işsizliyin sosial fəlakət həddində olduğunu görməmək mümkün deyil. Bu baxımdan, guya ölkədə işçi qüvvəsi çatışmır görüntüsü yaratmaq imitasiyadan və yalandan başqa bir şey deyil”.

 

Seymur Əliyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88586

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930