İctimai iaşə və pərakəndə ticarətlə bağlı yeni qaydalar təsdiqləndi

20.04.2017 - 12:07

Prezident İlham Əliyev aprelin 19-da fərmanlar imzalayaraq vergi sahəsinə aid iki qayda təsdiqləyib. Novator.az-ın məlumatına görə, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası”nın məqsədi ictimai iaşə sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. Qaydaya əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən vergiödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.

Sənəd ictimai iaşə sahəsində malların mədaxilinin sənədləşdirilməsi, malların satışı və ya məhsul istehsalında istifadəsi əməliyyatlarının sənədləşdirilməsi, ictimai iaşə fəaliyyəti göstərən vergiödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi, ictimai iaşə fəaliyyəti göstərən vergiödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi məsələlərini tənzimləyir.

“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası”nda gəlir və xərclərin uçotunun aparılması, pərakəndə ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi, malların təqdim edilməsinin sənədləşdirilməsi, pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi, vergiödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi məsələləri tənzimlənir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930