Füzulidə 15 sentyabr Bilik Günü qeyd olunub

17.09.2017 - 18:00

15 sentyabr yeni tədris ilinin başlanması – Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunmuşdur. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr – bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olmuş, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşmüşdür.
Alı Alıyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması- bilik günü münasibəti ilə təbrik etmişdir. Alı Alıyev deyib ki, hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri vardır. Füzulililər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri vardır.
Alı Alıyev qeyd etmişdir ki, dövlət tərəfindən təhsilə göstərilə diqqət və qayğının nəticəsidir ki, rayonumuzun şagirləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. “Rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375 nəfəri ali məktəblərə, 120 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 14 nəfəri 600–700, 25 nəfəri 500–600, 68 nəfəri 400–500, 123 nəfəri 300–400 arası bal toplayaraq tələbə adını qazanıb.”-deyə Alı Alıyev vurğulamışdır.
Alı Alıyev birinci sinifə qədəm qoyan şagirdləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyyə etmişdir.
Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Füzuli rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdılar.
Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99438

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930