Azərbaycanda daha bir xəstəxanada böyrək köçürülməsinə başlanılacaq

11.07.2019 - 12:01

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzində təqdimat keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilən nailiyyətlərdən danışıblar.

Onlar yaxın zamanlarda RMDM-də böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağını, bununla da əhalinin sağlamlığı naminə bu sahədə daha böyük uğurlara nail olunacağını qeyd ediblər.

Bildirilib ki, daima inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən RMDM-də məhz böyrək transplantasiyası üçün də lazımi şərait yaradılıb. Bunun üçün həkim-mütəxəssislərdən ibarət komandanın da yaradıldığı vurğulanıb.(azpolitika)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129434

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031