VAY ZAVALLI…

02.10.2019 - 17:36

nureddinNurəddin İSMAYIL

Prioritet olmasa da, son günlərin ən çox hallanan, gündəmi zəbt edən olaylarından biri etdiyi rüsvayçılıqdan dolayı istefa vermək zorunda qalan millət vəkili Rəfael Cəbrayılovun öz deputat vəsiqəsini aldığı borclar müqabilində girov qoymasıdır.

Adam açıqlama verir və borclu olduğu şəxslərə mənzillər təklif etdiyini deyir. Sonrada heç nə olmamış kimi İlham Əliyev siyasi kursuna sədaqətlə xidmət edəcəyini dilə gətirir. Hələ bunlar bir yana, o, həm də Moskvaya sədaqətini gizlətmir və hələ də, “bəlkə də qaytardılar” xiffəti ilə kommunist biletini özündə saxladığını bəyan edir.

Vay səni, manqurtlaşmış, soyunu, kökünü unudan kommunist töküntüsü. Vay səni, milli varlığını, istiqlalını təhdid altında saxlayan, torpağını işğal edən erməninin arxasında duran bir dövlətə köləlik etməkdən fəxr duyan zavallı. Vay səni, beşinci kolonun Bakı aktivisti.

Sən kim olursan ki, istiqlalında, suverenliyində zərrə qədər rolu olmayan birisi kimi, milyonlarını mənimsədiyin bir ölkənin mənafeyini köləsi olmaq istədiyin rus ağalarına satasan?

Kommunist nə, filan nə, adam oğlu. Bu nə haça-paça vəziyyətdi özünü salıbsan. 60 il Kommunist partiyasına sədaqətlə xidmət edən, siyasi birosuna qədər gedib çatan, ən yüksək postlar tutan mərhum dövlət başçısı Heydər Əliyevin günün biri bu anti-Azərbaycan, anti-bəşəri partiyadan necə imtina etdiyini görmədinmi? Nə oldu, sən dahiliyinə şübhə ilə yanaşmadığın, ulu öndər kimi qəbul etdiyin H.Əliyevdən çoxmu ağıllı olmaq cəsarətində bulundun ki, indi onun siyasi kursunun əleyhinə gedirsən?

Siyasi kurs demişkən, sən rüşvətxorluğu, millət vəkili ikən əyri yollarla biznes qurmağı, minlərlə seçicinin səs göstəricisi olan mandatı girov qoymağı İ.Əliyev siyasi kursuna sədaqətlə xidmət etməkmi sayırsan? Yanılırsan və dara, çətinə düşəndə dövlət başçısını özünə şirma edib, zarıldamaq, göz yaşı tökmək, mələk obrazına girmək səni etdiyin əməllərdən sığortalaya bilməz!

Sənin satdığın, girov qoyduğun quru bir vəsiqə deyil. On minlərin səsi, etibarı, etimadı, kürsüdən onların haqlarının qorunması demək idi.

Digər tərəfdən, sən o mandatı haqq etməmişdin.

Sən seçilməmişdin, səni təyin etmişdilər.

O yeri tuta biləcək ləyaqətli bir insanın haqqını yedin.

Özün cəhənnəm, Məzahir müəllimi də pis vəziyyətə qoydun…

Anlaşılan odur ki, bu gün 3-5 yüz min manata deputat vəsiqəsini girov qoyanlar imkanları olsa daha böyük paralar əldə etmək naminə Azərbaycanı belə girov qoymaqdan çəkinməzlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031