İcazə üçün bir saat əvvəldən müraciət edilməlidir – Video

03.04.2020 - 17:40

Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbrli olmağı xahiş edirik.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Azərbaycanda karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, cavablar 5-10-15 dəqiqə gecikə bilər:

“Ümumiyyətlə biz planlaşdırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbirli olsunlar. Ümumiyyətlə cavab gəlməsə, aidiyyəti üzrə Çağrı mərkəzinə – “9108” nömrəsinə müraciət etsinlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=144777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31