“Semaşko” koronavirus səbəbilə bağlandı
1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.
Qazet.az-a verilən məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.
Bildirilib ki, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:
“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=148466